Bakı. Trend:
ABŞ Yəmənin üç vilayətində "Ənsar Allah" hərəkatının husi üsyançılarının nəzarətində olan ərazilərə bir neçə yeni zərbə endirib.
Trend-in məlumatına görə, bu barədə "Al Masirah" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, Əl-Hodeyda, Saada və Həccah vilayətləri hücuma məruz qalıb.
Hücumların nəticələri barədə hələlik məlumat verilməyib.