...

Donald Trampın Yaxın Şərqə səfər planları açıqlanıb

Dünya xəbərləri Materials 1 Aprel 2025 07:14 (UTC +04:00)
Donald Trampın Yaxın Şərqə səfər planları açıqlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp apreldə və ya bir qədər sonra Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər etməyi planlaşdırır.

Trend xəbər verir ki, Ağ Ev rəhbəri jurnalistlərin suallarını cavablandırarkən Yaxın Şərqdən sonra digər ölkələrə də səfər edəcəyini, lakin hələlik konkret ad çəkmədiyini bildirib.

“Mənim Yaxın Şərqlə çox yaxşı münasibətlərim var. Bu səfər gələn ay, bəlkə də bir az sonra baş verə bilər”, - Tramp deyib.

Axios portalının məlumatına görə, Trampın mayın ortalarında Səudiyyə Ərəbistanına səfəri planlaşdırılır. Bu, onun bu ilin yanvarında vəzifəyə gəldikdən sonra ilk xarici səfəri olacaq.

Xəbər lenti

Xəbər lenti