Bakı. Trend:
Miçiqan ştatında güclü külək bir avtomobilin üzərinə ağac aşıraraq üç uşağın ölümünə səbəb olub, İndiana ştatında isə pis hava şəraiti daha iki nəfərin həyatına son qoyub.
Trend xəbər verir ki, "ABC News" telekanalının məlumatına görə, təbii fəlakət nəticəsində təxminən 400 min istehlakçı işıqsız qalıb, elektrik xətləri güclü külək və yağış səbəbindən zədələnib.
Milli Meteoroloji Xidməti xəbərdarlıq edir ki, fırtına ölkənin cənub və şərq rayonlarına doğru irəliləyir və bu bölgələrdə tornado, güclü külək və dolu təhlükəsi var. Xüsusilə Florida, Corciya, Cənubi və Şimali Karolina ştatlarında təhlükə yüksək qiymətləndirilir.