...

Çexiya ordusuna yeni qoşulanlara 43 min dollar birdəfəlik ödəniş veriləcək

Dünya xəbərləri Materials 1 Aprel 2025 08:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiya Prezidenti Pyotr Pavelin fərmanına əsasən, orduya yeni qoşulan hərbçilərə 1 milyon kron (təxminən 43 min dollar) məbləğində birdəfəlik müavinət veriləcək.

Trend xəbər verir ki, bundan əvvəl bu məbləğ cəmi 10.800 dollar təşkil edirdi.

Hökumət hesab edir ki, bu cür ödənişlər orduda əsgər çatışmazlığını aradan qaldırmağa və mövcud kadrların xidmətdə qalmasını stimullaşdırmağa kömək edəcək.

Xəbər lenti

Xəbər lenti