Bakı. Trend:
BMT-nin ekspertləri təklif edirlər ki, ölkələr iddialı Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs) nail olmaq üçün iqtisadi artımın əsas meyarı olan ümumi daxili məhsuldan (ÜDM) kənara çıxmaq barədə düşünməlidir.
Trend təşkilatın məlumatına istinadən xəbər verir ki, təşəbbüs BMT-nin Baş katibi Antonio Quterreşin ÜDM-dən kənara çıxmaq indi və gələcəkdə və hər kəs üçün vacib olan insanın rifahına dəyər verən iqtisadi sistemin qurulması üçün əsasdır fikirlərinə uyğun şəkildə irəli sürülüb.
O qeyd edib ki, ÜDM uzun illərdir ki, iqtisadi inkişafın qiymətləndirildiyi qızıl standarta çevrilsə də, heç vaxt hər hansı bir millətin ümumi rifahını və tərəqqini əhatə etmək nəzərdə tutulmayıb.
Sosial innovasiyalar və davamlılıq mövzusunda liderlik edən BMT-nin Cenevrədəki “Beyond Lab” laboratoriyasının direktoru Özge Aydoğana görə, insanların sosial rifahı kontekstində ÜDM zəif göstəricidir. Onun ətrafında baş verən bütün proseslər kapitalın yalnız bir neçə nəfərin xeyrinə deyil, bütün bəşəriyyətə xidmət etməli olduğu zərurətini vurğulayır. Hökumətlər buna nail olmaq üçün yeni yollar axtarmalıdır.
İstifadə edilməmiş insan kapitalını, təbii ehtiyatları və rifahı bir ölkənin sərvətinin gələcəkdə necə hesablanacağına inteqrasiya etmək məqsədilə “Beyond Lab” davamlılıq mövzusunda hökumət rəsmiləri, tədqiqatçılar və düşüncə liderləri ilə beyin fırtınası aparır.
BMT 2050-ci il üçün ideal ssenarinin regenerativ iqtisadiyyat olacağını bildirir. Bu, təkcə gəlir əldə etmək üçün resursları çıxarmaq deyil, daha çox istifadə olunmamış virtual aktivlər vasitəsilə sərvət yaratmaq deməkdir.
Praktiki baxımdan, ölkələr digər sərvət yaradan aktivlərə, məsələn, ölkənin təbii ehtiyatlarına təsir göstərəcəklər. Bu zaman vahid ölçülər mütləq ÜDM-i əvəz etməyəcək, amma onu tamamlayacaq. Alternativ iqtisadi ölçülər bir müddətdir ki, mövcuddur. Məsələn, 1972-ci ildə Asiyadakı kiçik, dənizə çıxışı olmayan Butan əyalətinin kralı Ümumi Milli Xoşbəxtlik İndeksini tərtib edib. O, dörd sahəni - davamlı inkişaf, ətraf mühitin mühafizəsi, mədəniyyətin qorunması və təşviqi, habelə yaxşı idarəetməni ehtiva edir.