...

Xəzərdə gəmilərin hərəkəti dayandırıldı - Səbəb KÜLƏK

Gündəm Materials 30 Mart 2018 12:18 (UTC +04:00)
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC qasırğa xəbərdarlığı ilə əlaqədar Xəzər dənizində gəmilərin hərəkətini dayandırıb.
Xəzərdə gəmilərin hərəkəti dayandırıldı - Səbəb KÜLƏK

Bakı. Maksim Tsurkov - Trend:

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC qasırğa xəbərdarlığı ilə əlaqədar Xəzər dənizində gəmilərin hərəkətini dayandırıb.

Bunu Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib.

Onun sözlərinə görə, qurum martın 30 və 31-də açıq dənizdə arabir 30 m/s-dən yüksək sürətli küləyin gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə bir sıra addımlar atıb:

"Gəmilərin təhlükəsizliyinin təmin olunması üçün müvəqqəti olaraq hərəkət dayandırılıb. Gəmilər lövbərdə dayanıb və gözləmə vəziyyətindədir. Hava şəraitinin yaxşılaşmasından sonra gəmilərin hərəkəti bərpa olunacaq".

Qeyd edək ki, meteoroloqların verdiyi hava proqnozuna əsasən, bu gün və sabah gündüzə kimi Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək, küləyin sürəti 18-23, arabir 25-30 m/s olacaq, yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti