...

İndoneziyada iki vulkan fəaliyyətə başladı, aviaşirkətlərə xəbərdarlıq edildi

Hadisə Materials 18 Noyabr 2013 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

İndoneziyada Sinabunq və Merapi vulkanları fəaliyyətə başlayıb.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, rəsmilər Şimali Sumatra bölgəsində yerləşən 2600 metr hündürlüyündəki Sinabunq vulkanının 8 min metrə qədər kül püskürtdüyünü bildiriblər.

Sinabunq 3 illik sakitlikdən sonra sentyabrdan bu yana müəyyən fasilələrlə fəaliyyətə başlayıb.

Yava adasının orta hissəsində yerləşən və İndoneziyanın partlamağa ən hazır vulkanı Merapinin də 2 min metrə kül püskürtdüyü, bölgədə 600 ailənin mümkün təxliyəsi üçün hazırlıq görüldüyü bildirilir.

Ölkənin müvafiq qurumları bütün aviaşirkətlərə vulkanətrafı ərazilərdəki marşrutlardan çəkinməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti