ABŞ və Rusiya münasibətlərinin "yenidən yüklənməsi" dostluq əlaqələrinin elan edilməsindən daha çox onların həyata keçirilməsidir. İlk addım kimi iki ölkə arasında nüvə silahlanması haqqında SNV-1 (Strateji hücum silahları) razılaşmasının ardınca yeni müqavilənin imzalanması olar. İmzalanması nəzərdə tutulan SNV-2 razılaşması çərçivəsiqndə ABŞ və Rusiya nüvə başlıqlarının sayını minədək ixtisar edəcəklər. Lakin iki ölkə arasında fikir ayrılığına səbəb olan məqamlar var. Məsələ ondadır ki, SNV ilə bağlı vəziyyət (SNP) Strateji hücum potensialının ixtisar edilməsi razılaşmasının olmasına görə qəlizləşir.
SNP-də deyilir ki, ABŞ və Rusiya arsenal və 1700-2200 operativ döyüş başlıqlarını 2012-ci ilədək ixtisar etməlidirlər. SNV-dən fərqli olraq silahların ixtisar edilməsi və ehtiyatların harada saxlanılması ilə bağlı SNP-də dəqiq nəzarət və yoxlama mexanizmi yoxdur. Bu razılaşmaya əsasən, tərəflər anbarlarda saxlanılan döyüş başlıqlarını hesaba almırlar. Bu fərq böyük əhəmyyət daşıyır və Moskva SNV-1-ə bənzər müqaviləyə can atacaqsa, Vaşinqton isə əksinə SNP tipli razılaşmaya üstünlük verəcək. Bir də ki, SNV-2-nin hansı formada imzalanacağından asılı olmayaraq, əvvəlki Amerika Administrasiyasının Avropada üçüncü pozisiya regionu açmasına mane olmayacaq. Məqsəd isə İran Prezidenti Mahmud Əhmədinejadın hər dəfə ölkəsinin nüvə sahəsindəki uğurundan danışanda məlum olur.
Bir tərəfdən də Moskva Avropadakı HHM sistemindən narahat olmamalıdır. Çünki həm Avropa, həm də Rusiya ekspertləri deyirlər ki, HHM sistemi texniki baxımdan Rusiya üçün təhlükəli deyil və İranın nüvə təhlükəsinə olan bir cavabdır.
Rusiya rəhbərliyinin mövqeyi və onun Amerika HHM-lərinə qarşı olan barışmaz mövqeyi təəccüb doğurur. Perspektivdə baxanda aydın olur ki, Vaşinqtonun uzunmüddətli planları Rusiyanı nüvə dövləti kimi neytrallaşdırmağa hesablanıb. Bu istiqamətdə ilk addımlar hələ SSRİ-nin vaxtında atılıb. O vaxt amerikalıların nəzarəti altında SS-18 tipli güclü nüvə raketləri məhv edildi. SS-18 rakeləri Pentaqonun ən böyük "başağrısı" idi. Bu unikal raketlər istənilən HHM-i yerlə yeksan edərək 1200 digər raketə yol açmaq iqtidarında olub.
Nüvə silvahlarının ixtisarı barədə birinci razılaşma imzalandıqdan sonra SS-18 raketləri ilə yanaşı, onları hədəfə doğru yönləndirən şaxtalar da məhv edildi.
Bu Moskvanın nüfuzuna birinci və ən dəqiq zərbə idi. Hazırda ABŞ-ın Polşada 10 raket qurğusu quraşdırmaq istəyi əslində böyük bir layihənin başlanğıcıdır. Məqsəd isə Rusiyanın nüvə potensialının çəkisini sıfıra endirməkdir. Maliyyə böhranı arxada qalacağı anda ABŞ-a Polşada hava hücumundan müdafiə sistemini genişləndirmək işində heç kim mane ola bilməz.
Və o zaman Vaşinqton siyasi debatlarda Moskvanın əsas "kozırını" əlindən alacaq. Güclü HHM sistemi ABŞ və Avropanın Rusiyanın "Topol" raketindən müdafiəsini təmin edə biləcək.
Görünür, hadisələrin bu istiqamətdə irəliləməsi Kremli artıq narahat edir və onlar tez bir vaxtda SNV-2 razılaşmasının baş tutmasını istəyirlər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]