...

Azərbaycanın dairə seçki komissiyalarına deputat olmaq istəyən minə yaxın şəxs müraciət edib - MSK

Siyasət Materials 24 Sentyabr 2010 19:02 (UTC +04:00)
Dairə seçki komissiyalarına Azərbaycanda keçiriləcək seçkilərdə deputatlıq mandatı uğrunda mübarzə aparmağa hazır olan 996 nəfər müraciət edib.
Azərbaycanın dairə seçki komissiyalarına deputat olmaq istəyən minə yaxın şəxs müraciət edib - MSK

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir M.Əliyev/

Dairə seçki komissiyalarına Azərbaycanda keçiriləcək seçkilərdə deputatlıq mandatı uğrunda mübarzə aparmağa hazır olan 996 nəfər müraciət edib. Bu barədə Mərkəzi Seçki Komissiyasının cümə günü yayılan məlumatında deyilir.

Onlardan 921 nəfəri MSK-dan imza vərəqələrini alıb, 75-i isə artıq onları dolduraraq Komissiyaya təqdim edib.

Namizədlərin irəli sürülməsi 125 seçki dairəsinin hər birini əhatə edir.

Səkkiz nəfər öz namizədliyini irəli sürməkdən imtina edib.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti