...

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Rusiyada görüşü barədə razılıq əldə olunub - Zaxarova

Siyasət Materials 27 Aprel 2023 14:05 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Rusiyada görüşü barədə razılıq əldə olunub.

Trend cümə axşamı xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.

"Bu görüş barədə razılaşma əldə olunub, konkret tarix isə daha sonra açıqlanacaq", - o deyib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Xarici İşlər Nazirliyindən bildirmişdilər ki, Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Rusiyada görüşünü təşkil etməyə hazır olduğunu təsdiqləyir.

Ötən ilin dekabrına təyin olunan üçtərəfli görüş Ermənistan tərəfindən pozulmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti