...

Ermənistanın növbəti imitasiyası - Paşinyanın sülh haqda bəyanatlarının pərdəarxası (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 2 Noyabr 2023 20:55 (UTC +04:00)
Ermənistanın növbəti imitasiyası - Paşinyanın sülh haqda bəyanatlarının pərdəarxası (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan son günlərdə Azərbaycanla sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması haqda bəyanatlar verir. Lakin Ermənistanın sözü ilə əməlinin üst-üstə düşməməsi hər kəsə bəllidir. Ermənistan sadəcə imitasiya xarakterli açıqlamalar verir. Bir tərəfdən, sülh haqqında danışır, digər tərəfdən, Fransadan, Hindistandan yeni silahlar alır. Bu, bir daha Ermənistanın hər zamankı kimi, ok

sülh barədə bəyanatlarının beynəlxalq ictimaiyyəti aldatmağa yönəldiyini göstərir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Paşinyan dəfələrlə belə fikirlər səsləndirib.

“2020-ci ildən bu günə qədər bu kimi açıqlamaların və bəyənatların davamlı verildiyinin şahidiyik. Ancaq bu günə qədər heç bir addım atılmayıb və mənim də qənaətim ondan ibarətdir ki, bu gün Ermənistan daha çox imitasiya ilə məşğuldur. Özünü elə göstərməyə, təqdim etməyə çalışır ki, guya Ermənistan sülh istəyir. Ancaq reallıq ondan ibarətdir ki, Ermənistan sülhə hazırlaşmır, daha çox vaxt udmağa çalışır”, - deyə deputat bildirib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti