...

Solçular Makronu istefaya göndərə bilər

Siyasət Materials 27 Avqust 2024 00:40 (UTC +04:00)
Solçular Makronu istefaya göndərə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Solçu “İtaətsiz Fransa” partiyasının deputatları Emmanuel Makronun respublika prezidenti vəzifəsindən kənarlaşdırılması ilə bağlı Milli Assambleyaya (parlamentin aşağı palatası) təklif göndərəcəklər.

Trend xəbər verir ki, bu barədə partiyanın milli koordinatoru Manuel Bompard X sosial səhifəsində bildirib.

Siyasətçilər Fransa Konstitusiyasının 68-ci maddəsinə əsaslanırlar. Partiya bu qərarı Makron solçu Yeni Xalq Cəbhəsinin namizədini baş nazir təyin etməkdən imtina etdikdən sonra verib.

Bompard, həmçinin bütün solçu tərəfdarlarını prezidentin qərarına etiraz olaraq yürüşə çağırıb.

Xəbər lenti

Xəbər lenti