...

Naxçıvanda sahibkarlara bir sıra vergi güzəştlərinin tətbiqi ilə bağlı təkliflər irəli sürülüb

İqtisadiyyat Materials 26 Noyabr 2024 13:09 (UTC +04:00)
Naxçıvanda sahibkarlara bir sıra vergi güzəştlərinin tətbiqi ilə bağlı təkliflər irəli sürülüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında qeydiyyatdan keçmiş və əsas fəaliyyəti Muxtar Respublikada olan sahibkarlıq subyektlərinin 10 il müddətinə mənfəət, əmlak, torpaq vergilərindən azad edilməsi təklifi irəli sürülüb.

Trend xəbər verir ki, bu barədə Naxçıvan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) sədri Vüqar Abbasov “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda keçirilən tədbirdə deyib.

O təklif edib ki, Naxçıvan Muxtar Respublikasında qeydiyyatdan keçmiş və əsas fəaliyyəti Muxtar Respublikada olan sahibkarlıq subyektlərinin 10 il müddətinə mənfəət, əmlak, torpaq vergilərindən azad edilsin:

"Eyni zamanda, Muxtar Respublikada rezidenti olan hüquqi şəxslərin səhmdarları və payçılarının dividend gəlirləri 2025-ci ilin yanvarın 1-dən etibarən 10 il müddətinə vergidən azad olunması təklifini irəli sürürəm.

Dövlət satınalmalarında Naxçıvanda qeydiyyatda olan və fəaliyyət göstərən şirkətlərə üstünlük verilsin, Sahibkarlığın İnkişafı Fondunun biznes kreditlərində Naxçıvan Muxtar Respublikasına xüsusi kvotanın ayrılmasını təklif edirik.

Əlavə olaraq, Naxçıvanda işçilərin məcburi sosial sığorta haqqlarının subsidiyalaşması və əmək haqqlarının müştərək maliyyələşməsi nəticəsində əhalinin məşğulluğunun artırılmasını təklif edirik", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti