...

Türkiyədən Özbəkistana sement ixracı azalıb

Dünya xəbərləri Materials 26 Noyabr 2024 12:36 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyədən Özbəkistana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz azalaraq, 11,4 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə Özbəkistana 765 min dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 68,9 faiz azalaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7 faiz azalaraq, 3,6 milyard dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 365 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 0,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023 – oktyabr 2024) Türkiyə 4,3 milyard dollar məbləğində sement ixrac edib.

Xəbər lenti

Xəbər lenti