Bakı. Trend:
UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Fransanın “Lion” klubu arasında keçiriləcək V tur oyununa bilet satışı davam edir.
Klubdan Trend-ə verilən məlumata görə, qarşılaşma üçün artıq 17 min 500 bilet satılıb.
Belə ki, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara biletlərin qiyməti isə 300 manatdır.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.