Bakı. Trend:
Türkiyədə İzmir Baş Prokurorluğu tərəfindən sosial mediada PKK/KCK terror təşkilatının təbliğatını apardıqları və xaricdə təşkilatın toplantılarında iştirak etdikləri müəyyən edilən 10 şəxs barəsində tutulma qərarı verilib.
Trend xəbər verir ki, bu barədə Türkiyə Prokurorluğun Terror Cinayətləri İstintaq Bürosu açıqlama yayımlanıb.
Məlumata görə, Şəhər Polis İdarəsi yanında Terrorla Mübarizə Şöbəsi tərəfindən şəhərdə müəyyən edilmiş ünvanlara keçirilən əməliyyatda 10 şübhəli saxlanılıb.
Şübhəlilərin ünvanlarında aparılan axtarışlarda təşkilata aid rəqəmsal materiallar aşkarlanıb.
Qeyd edilib ki, saxlanılan şəxslər barədə istintaq davam edir.