Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Green”, COP29 çərçivəsində ABŞ-nin "Schlumberger" (SLB) şirkəti arasında ölkədə geotermal enerji layihələrinin inkişafı üçün Anlaşma Memorandumu (MoU) imzalanıb.
Trend bu barədə “SOCAR Green”in "Linkedin" sosial şəbəkəsindəki hesabında paylaşılan məlumata istinadən xəbər verir.
“COP29 çərçivəsində SOCAR Green və SLB arasında Azərbaycanda geotermal enerji layihələrinin inkişafı üçün Anlaşma Memorandumu (MoU) imzaladığını bölüşməkdən məmnunuq”, - paylaşımda qeyd olunub.
Sənədi SOCAR-ın vitse-prezidenti Əfqan İsayev və SLB şirkətinin “New Energy” bölməsinin prezidenti Qevin Rennik imzalayıblar.