Bakı. Trend:
İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz şəhəri “İmam Xomeyni” xəstəxanasının işçiləri tələblərinin yerinə yetirilmədiyinə görə tətil elan ediblər.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
Məlumata görə, tibb işçiləri simvolik olaraq boş süfrə arxasında əyləşərək “maaşımız rialla (İran valyutası), xərclərimiz dollarladır” şüarını qeyd ediblər.
Tibb işçiləri inflyasiyaya uyğun maaşlarının artırılması, tibb işçilərinin maaşları ilə əlaqədar qanunların dəqiq şəkildə icra olunmasını tələb edirlər.
hvaz şəhəri “Condi Şapur” Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Hüseyn Sərməst tətil aksiyası ilə əlaqədar bildirib ki, tibb işçilərinin etirazlarından biri sığorta ilə əlaqədar pulun ödənilməməsidir. Bununla əlaqədar vəd verilsə də, reallıq budur ki, tibb işçilərinə ödəniləcək heç bir vəsait yoxdur.