...

Azərbaycanda Vergi Məcəlləsinə 206 dəyişiklik edilib

İqtisadiyyat Materials 26 Noyabr 2024 11:56 (UTC +04:00)
Azərbaycanda Vergi Məcəlləsinə 206 dəyişiklik edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2021-2023-cü illərdə Vergi Məcəlləsinə ümumilikdə 206 dəyişiklik edilib.

Trend xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov "Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda keçirilən tədbirdə deyib.

"Qeyd olunan illər ərzində inzibatçılığın təkmilləşdirilməsi və beynəlxalq reytinqlərdə mövqeyin qorunması ilə bağlı 82 dəyişiklik edilib.

Eyni zamanda, vergi yükünün optimallaşdırılması və sosial xarakterli dəyişiklərlə əlaqədar 76, vergi tutma bazasının genişləndirilməsi və kölgə iqtisadiyyatı ilə mübarizə ilə əlaqədar isə 48 dəyişiklik edilib", - deyə o bildirib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda tədbir keçirilir.

Tədbirdə son illər ərzində, eləcə də, növbəti il üçün vergi qanunvericiliyində, inzibatçılığında edilmiş və edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı, eyni zamanda, bu fəaliyyət prosesində aidiyyəti dövlət qurumları və biznes assosiasiyaları, sahibkarlıq subyektləri ilə birgə yaradılan qarşılıqlı əməkdaşlıq formatının nəticələri barədə təqdimatın həyata keçirilməsi nəzərdə tutulur.

Tədbirdə Dövlət Vergi Xidmətinin rəis müavinləri Samirə Musayeva və İlkin Vəliyev, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov, Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev və digər rəsmi şəxslər, eləcə də ekspertlər iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti