...

Abşeronda 1,8 milyon manatlıq abadlıq işləri aparılacaq

Tender müsabiqələri Materials 25 Noyabr 2024 17:17 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron rayonunun Xırdalan şəhərində abadlıq işləri həyata keçiriləcək.

Trend-in dövlət satınalamalarının vahid internet portalına istinadən məlumatına görə, bununla bağlı Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyi hazırlıqlara başlayıb.

Belə ki, Bakı Sumqayıt yolunun ekologiya postundan Masazır dairəsinə qədər olan ərazidə daş hasarın hidrofobizasiyası, su-dispersiyalı laklarla boyanması, yararsız suvağının çapılaraq sökülməsi, dekorativ məhlul ilə yüksək keyfiyyətli suvama, daş hasarın emulsiya ilə rənglənməsi, bitum ilə astarlanma, səkilərə xırdadənəli asfalt örtüyün vurulması, hazır söhbətgahın quraşdırılması (6x4m olan, taxta oturacaqlı taxtadan metal) və s. işləri həyata keçiriləcək.

Qurum sözügedən işlərin icrasını “Proqress İnşaat EN” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 1.803.006,02 AZN (1 milyon 803 min 6 manat 2 qəpik) olan müqabilə bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti