...

Azərbaycanda şəkər çuğunduru yığımında artım qeydə alınıb

İqtisadiyyat Materials 25 Noyabr 2024 15:35 (UTC +04:00)
Azərbaycanda şəkər çuğunduru yığımında artım qeydə alınıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü təsərrüfat ilində ölkədə şəkər çuğundurunun istehsalında ciddi artım qeydə alınıb.

Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr ayları ərzində 164.5 min ton şəkər çuğunduru yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,5% artıqdır.

Bildirilib ki, bu il Azərbaycanın 25 rayonunda şəkər çuğunduru əkilib. Ən çox əkinlər Hacıqabul (1328 ha), Tovuz (1223 ha) və Salyan (1030 ha) rayonlarında qeydə alınıb.

Hazırda sahələrdən şəkər çuğundurunun yığımı davam edir.

Noyabrın 20-nə olan operativ məlumata görə, şəkər çuğunduru üzrə orta məhsuldarlıq göstəricisi 400 sentner/hektardan artıqdır.

Ölkəmizdə şəkər çuğundurunun əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, növbəti təsərrüfat ilindən müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə becərilmiş və tədarükçü şirkətə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə fermerə 19 manat məhsul subsidiyası ödəniləcək.

Müasir suvarma sistemi quraşdırılmayan sahələrdə becərilən şəkər çuğundurunun hər tonuna görə isə fermerlər 18 manat məhsul subsidiyası alacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti