...

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin həcmi artıb

İqtisadiyyat Materials 25 Noyabr 2024 17:47 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 3 milyard 942 milyon 426 min ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 499 milyon 371 min ABŞ dolları (14,5%) çoxdur.

Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 10.01 %-i həcmində olub.

10 ayda Azərbaycan Rusiyaya 972 milyon 509 min ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,19% çoxdur. Bu dövrdə Azərbaycanın ümumi məhsul ixracının 4.28%-i Rusiyanın payına düşüb.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Rusiyadan məhsul idxalını illik müqayisədə 19,6% artıraraq, 2 milyard 969 milyon 917 min ABŞ dollarına çatdırıb. Dövr ərzində Rusiya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 17.85%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti