Bakı.Trend:
İndoneziya və Azərbaycan ikitərəfli ticarətin və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli reallaşdırılmamış potensiala malikdir.
Trend-in müxbiri xəbər verir ki, bunu çərşənbə axşamı Bakıda keçirilən İndoneziya Biznes Forumunda İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi bildirib.
O, tədbirdə iştirak edən Azərbaycanın işgüzar təşkilatlarına və qurumlarına, o cümlədən "Caspian Energy Club"a, "Azərbaycan Tekstil Assosiasiyasına", eləcə də Azərbaycan Qida Sənayesi və İçki İstehsalçıları Assosiasiyasına təşəkkürünü bildirib.
“İndoneziya ilə Azərbaycan arasında yaxşı iqtisadi münasibətlərin olmasına baxmayaraq, iki ölkənin əhəmiyyətli iqtisadi potensialı hələlik ikitərəfli ticarətin həcmində və dəyər göstəricilərində tam əksini tapmayıb”, – deyə səfir bildirib.
