Bakı. Trend:
Fransa Dövlət Dəmir Yollarının (SNCF) əməkdaşları növbəti tətilə hazırlaşırlar.
Trend xəbər verir ki, həmkarlar təşkilatları dekabrın 11-də axşam saatlarından başlayaraq tətil keçirmək barədə qərar qəbul edib. Etiraz aksiyasına səbəb SNCF-in yük bölməsinin özəlləşdirilməyə çıxarılmasıdır. Dəmir yolçuların həmkarlar təşkilatları konfederasiyaları özəlləşdirməyə moratorium qoyulması tələbini irəli sürüb.
Qeyd edək ki, SNCF-in yük bölməsinin özəlləşdirilməsi tələbini Avropa Komissiyası irəli sürüb. Komissiya bu bölməyə dövlət dotasiyasını əsassız hesab edir.