Bakı. Trend:
Salvador hüquq-mühafizə orqanlarının əməkdaşları respublika sahillərində iki ton kokaini müsadirə etməyə nail olublar.
Trend-in məlumatına görə, bu barədə ölkə prezidenti Nayib Bukele "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Estero de Jaltepeque körfəzindən 752 km cənub-qərbdə 3 kolumbiyalının 50 milyon dollar dəyərində narkotik vasitə daşıdığı gəmi saxlanılıb.
Bukele qeyd edib ki, son səkkiz ay ərzində Salvador hüquq-mühafizə orqanları beynəlxalq sularda təxminən 380 milyon dollar dəyərində olan 15 tondan çox kokain ələ keçirib.