...

Azərbaycan pambıq lifi ixracından 161 milyon dollar gəlir əldə edib

İqtisadiyyat Materials 25 Noyabr 2024 10:56 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 107 min 737 ton pambıq lifi ixrac edib.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə pambıq lifinin dəyəri 161 milyon 427 min ABŞ dolları təşkil edib.

Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə, həcm baxımından 53 min 103 ton (97,1%), dəyər baxımından isə 62 milyon 966 min ABŞ dolları (63,9%) çoxdur.

Hesabat dövründə pambıq lifi ixracına çəkilən xərc Azərbaycanın ümumi ixrac xərclərinin 0,71%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti