...

Rusiya şirkətinə məxsus təyyarənin mühərriki Antalya hava limanında yanıb (ƏLAVƏ EDİLİB)

Dünya xəbərləri Materials 25 Noyabr 2024 01:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bazar günü Antalya hava limanına endikdən sonra təyyarəsi alovlanan "Azimut" aviaşirkəti Soçiyə sərnişin göndərmək üçün ehtiyat təyyarə hazırlayır.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi şirkətə istinadən bildirib.

"Hazırda "Azimut" geri uçuş üçün ehtiyat təyyarə hazırlayır", - deyə bildirilib.

Həmçinin qeyd edilib ki, alovlanan təyyarənin sərnişinləri “aeroport terminalına təhlükəsiz çatdırılıblar, xəsarət alan olmayıb”.

Rusiyanın Antalyadakı Baş Konsulluğunda təsdiq ediblər ki, "Superjet" təyyarəsinin göyərtəsində baş verən yanğın söndürülüb, ölən və xəsarət alan yoxdur.

xxx

00:03

Rusiyanın “Azimut” aviaşirkətinə məxsus “Sukhoi Superjet 100” təyyarəsinin Antalya hava limanına endiyi zaman mühərriki yanıb.

Trend-in məlumatına görə, bu barədə "Airporthaber" portalı xəbər verib.

Məlumata əsasən, "RA-89085" nömrəli təyyarə Soçidən Antalyaya "A45051" reysini həyata keçirib. Qeyd edilib ki, təyyarənin mühərriki 36R uçuş-enmə zolağına endikdən sonra alovlanıb.

Bildirilib ki, təyyarədə olan 79 sərnişin təxliyə edilib.

Dərhal hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib. Ölən və yaralananlar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti