Bakı. Trend:
Rumıniyanın hazırkı baş naziri Marsel Çolaku bazar günü prezident seçkilərinin ilk turunda 25 faiz səs toplayaraq lider kimi önə çıxıb.
Trend-in məlumatına görə, bu, seçki məntəqələrindən çıxışlarda keçirilən səsvermənin ilkin məlumatlarıdır.
İkinci yerdə, bu məlumatlara görə, 18 faiz səslə Liberal Mühafizəkarların nümayəndəsi Elena Laskoni qərarlaşıb.
Bu nəticələri nəzərə alsaq, ölkədə dekabrın 8-də seçkilərin ikinci turu keçiriləcək.