Bakı. Trend:
Dünən axşam saatlarındaTürkiyənin Antalya şəhərində Rusiyanın Soçi şəhərindən Azimut Hava Yollarına məxsus “Volga” adlı “Sukhoi Superjet 100” təyyarəsinin sol mühərrik hissəsində yanğın baş verib.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, Hava Xilasetmə və Yanğınla Mübarizə (ARFF) qrupları hadisəyə cəmi 23 saniyə ərzində müdaxilə edib və yanğını 2 dəqiqə ərzində söndürüb.
Məlumata əsasən, təyyarədə olan 89 sərnişin və 6 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb, təyyarənin dayanacaq mövqeyinə çəkildiyi bildirilib.
Qeyd edilib ki, yanğının baş verdiyi uçuş-enmə zolağı bu günün ilk saatlarına qədər bağlı qalsa da, yanğın söndürüldükdən sonra hava hərəkəti ikinci zolaqdan davam etdirilib.