...

ABŞ və Yaponiya Tayvan bölgəsində hərbi əməliyyatlar planı hazırlayır

Dünya xəbərləri Materials 24 Noyabr 2024 17:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və Yaponiyanın silahlı qüvvələri, Tayvanda hərbi böhran baş verdiyi təqdirdə dekabr ayında birgə əməliyyatların həyata keçirilməsi üçün ilkin plan hazırlamağı nəzərdə tutur.

Trend-in məlumatına görə, bu barədə Kyodo agentliyi mənbələrə istinadən xəbər verir.

Məlumata görə, xüsusilə Filippin və bu bölgəyə yaxın cənub-qərb Yapon adalarında ABŞ-ın raket qüvvələri və xüsusi istehkam bölmələrinin yerləşdirilməsi planlaşdırılır. Əgər Tayvan yaxınlığında böhran yaranarsa, bu geniş ərazi hərbi əməliyyatlar teatrına çevriləcək.

Yaponiyanın Kaqosima prefekturası ilə Okinava prefekturasının cənub-qərbindəki adalarda ABŞ Dəniz Piyadaları Korpusunun sahil alayının müxtəlif bölmələri yerləşdiriləcək. Onlara Yaponiya tərəfindən sursat və yanacaq təmin ediləcək, həmçinin maddi-texniki dəstək veriləcək.

Filippinin şimalında isə paralel olaraq Amerika raket bölmələri, kosmik rabitə və rəhbərlik, həmçinin kiber və elektron müharibə qrupları yerləşdiriləcək. Aprel ayında “Typhon” yerüstü mobil qurğuları orada yerləşdirilib. Bu qurğular vasitəsilə uzun mənzilli “Tomahawk” qanadlı raketləri və “SM-6” çoxfunksiyalı raketlər buraxılacaq. Bu raketlər quru və hava, eləcə də ballistik hədəflərin məhv edilməsi məqsədilə istifadə edilə bilər.

Yaponiya və ABŞ arasında bu cür hərbi əməliyyatların hazırlanması, bölgədəki təhlükəsizliyi təmin etmək və hərbi güc tətbiq etmək imkanlarını artırmaq məqsədi güdür.

Xəbər lenti

Xəbər lenti