...

Rusiyada yol münaqişəsi zamanı atəş açılıb, bir nəfər həlak olub

Dünya xəbərləri Materials 24 Noyabr 2024 19:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Saratov vilayətinin Marks şəhərində yol münaqişəsi nəticəsində atəş açılıb.

Trend xəbər verir ki, Sokolovski və Kutuzov adlı şəxslər “Oka” markalı avtomobillə Qələbə Parkı yaxınlığında Rubik Akopyanın idarə etdiyi qara “Land Cruiser”i ötməyə cəhd ediblər. Bunun nəticəsində “Land Cruiser”in sürücüsü minik avtomobilini sıxışdırıb, nəticədə dava yaranıb.

Dava zamanı Akopyan tapançadan bir neçə dəfə atəş açaraq Sokolovski və Kutuzovu yaralayıb və daha sonra avtomobilini yaxınlıqda qoyaraq qaçıb.

KİV-in məlumatına görə, yaralılardan biri hadisə yerində həyatını itirib, digəri isə xəstəxanaya yerləşdirilib. Hücum edən şəxsin Rubik Akopyan olduğu və o, hadisə yerindən qaçdığı bildirilib.

Xəbər lenti

Xəbər lenti