...

“Qalatasaray” Ziyeş ilə yollarını ayırmağı planlaşdırır

İdman Materials 24 Noyabr 2024 18:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin "Qalatasaray" klubu qış transfer pəncərəsində bəzi oyunçularını komandadan göndərməyi nəzərdə tutur.

Trend-in Niderland mətbuatına istinadən verdiyi məlumata görə, bu oyunçulardan biri Hakim Ziyeşdir. Türkiyənin məşhur klubu, mərakeşli futbolçunun qışda komandadan ayrılmasına şərait yaradacaq.

Ziyeşin "Qalatasaray"la müqaviləsi 2025-ci ilin 30 iyununa qədərdir. Mərakeş milli komandasında da çıxış edən təcrübəli futbolçu, karyerası ərzində “Herenven”, “Tvente”, “Ayaks” və “Çelsi” kimi klublarda oynayıb. Ziyeş, həmçinin, “Çelsi”dən sonra “Qalatasaray”a transfer olunub və bu mövsüm Super Liqada komandasının heyətində çıxış edir.

Xəbər lenti

Xəbər lenti