Bakı. Trend:
Azərbaycan kişilərdən ibarət basketbol millisinin üzvü Zaur Paşayev yığmadakı karyerasını başa vurub.
Trend-in məlumatına görə, 41 yaşlı basketbolçu sonuncu oyununu dünya çempionatının seçmə mərhələsində İsveçrəyə qarşı keçirib.
Hazırda “Quba” komandasında oynayan Zaur Paşayev karyerası ərzində “NTD-Devon”, “Qala”, “NTD-Tbilisi” (Gürcüstan), “Araz-NTD”, “Kutaisi” (Gürcüstan) və “Cəlilabad” komandalarında çıxış edib. O, həmçinin İslam Həmrəyliyi Oyunlarında iki dəfə qızıl medal qazanıb.