...

Britaniyada ABŞ hava bazalarının üzərində naməlum PUA-lar aşkarlanıb

Dünya xəbərləri Materials 24 Noyabr 2024 16:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələrinin Böyük Britaniyada istifadə etdiyi üç hava bazasının üzərində naməlum pilotsuz uçuş aparatları (PUA) aşkar edilib.

Trend Guardian qəzetinə istinadən xəbər verir ki, PUA-lar 20-22 noyabr tarixlərində RAF "Lakenheath", "Mildenhall" və "Feltwell" aviabazalarının yaxınlığında və hava məkanında müşahidə olunub.

ABŞ Hərbi Hava Qüvvələrinin Avropa bölməsinin sözçüsü açıqlamasında bildirib ki, dronların sayı və konfiqurasiyaları fərqli olub. Onların düşmən fəaliyyətlə əlaqəsinin olub-olmaması isə hələ müəyyən edilməyib.

Pilotsuz aparatların izlənildiyi və heç bir zərər vurmadığı qeyd olunur. “Hava məkanına nəzarət etmək və baza personalı, obyektlər və əmlakın təhlükəsizliyini təmin etmək üçün yerli orqanlarla və tərəfdaşlarla əməkdaşlıq davam edir,” - deyə Hərbi Hava Qüvvələrinin nümayəndəsi əlavə edib.

Böyük Britaniya Müdafiə Nazirliyinin sözçüsü isə vurğulayıb ki, hərbi obyektlərdə təhlükəsizlik tədbirləri gücləndirilib və potensial təhdidlərə ciddi yanaşılır.

Xəbər lenti

Xəbər lenti