...

Bukingem sarayı 3 illik təmirə görə bağlanır

Dünya xəbərləri Materials 24 Noyabr 2024 19:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya monarxlarının Londondakı rəsmi iqamətgahı olan Bukingem sarayı təmir işləri ilə əlaqədar bu ilin dekabrından 2027-ci ilə qədər qonaqların qəbulunu dayandıracaq.

Trend-in məlumatına görə, “The Times” qəzeti sarayda ümumi dəyəri 462 milyon dollara çatacaq genişmiqyaslı təmir işlərinin aparılacağını xəbər verib. Təmir zamanı dövlət səviyyəsində keçiriləcək tədbirlər Vindsor qalasında təşkil ediləcək.

Maraqlıdır ki, təmir işləri başa çatdıqdan sonra Böyük Britaniya kralı III Çarlz Bukingem sarayına köçməyəcək və hazırda yaşadığı Londondakı "Klarens Haus" iqamətgahında qalmağa davam edəcək. Bu qərar kralın daha sadə və qənaətcil həyat tərzinə üstünlük verməsi ilə izah olunur.

Xəbər lenti

Xəbər lenti