Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında XIV turun oyunları başa çatıb.
Trend xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.
Tovuzda baş tutan ilk matçda turnir cədvəlinin ilk yarısında qərarlaşan “Turan Tovuz” və “Sabah” komandaları üz-üzə gəlib. Oyun 1:1 hesablı bərabərliklə nəticələnib. Bu nəticə ilə “Sabah” ardıcıl yeddinci oyunda da qələbə qazana bilməyib və hər iki komanda bir xal qazanıb.
Turun son qarşılaşmasında “Sumqayıt” klubu “Şamaxı”nı qəbul edib. Görüşdə meydan sahibləri erkən qolla hesabda geri düşsələr də, vəziyyəti dəyişərək 2:1 hesabı ilə qalib gəliblər. Bu qələbə Sumqayıt şəhərinin 75 illik yubileyinə xüsusi hədiyyə olub.
Xatırladaq ki, Misli Premyer Liqasının növbəti turu noyabrın 29-dan dekabrın 1-dək keçiriləcək.