Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (İMQ) Livandan "Hizbullah" hərəkatının döyüşçüləri tərəfindən gün ərzində İsrail ərazisinə 160 raket buraxıldığını bildirib.
Trend xəbər verir ki, bu məlumat İMQ-nin mətbuat xidməti tərəfindən yerli vaxtla saat 15:00-a (Bakı vaxtı ilə 17:00) olan vəziyyət əsasında açıqlanıb.
Ordudan verilən məlumata görə, İsrail "Hizbullah" tərəfindən gələn təhdidlərə qarşı müdafiəsini davam etdirir və ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etməkdə qərarlıdır.
Xatırladaq ki, İsrail ordusu sentyabrın 23-də Livandakı "Hizbullah" qruplaşmasına qarşı "Şimal oxları" əməliyyatına start verib və bu çərçivədə təşkilatın bir sıra hərbi obyektlərinə zərbələr endirib. Oktyabrın 1-nə keçən gecə isə Livanın cənubunda sərhədyanı ərazilərdə quru əməliyyatının başladığını elan edib.