Bakı. Trend:
Braziliyanın şimal-şərqində avtobus Serra de Barriqa dağlıq ərazisində uçurumdan aşıb.
Trend-in məlumatına görə, bu barədə "UOL" portalı xəbər verib.
Məlumata əsasən, yol qəzası nəticəsində 23 nəfər ölüb. Daha 29 sərnişin yaralanıb və xəstəxanaya yerləşdirilib. Ümumilikdə avtomobildə 50-yə yaxın insan olub.
Turistləri daşıyan avtobus 17-ci əsrdə tünd dərili qaçaq qullar dövlətinin mövcud olduğu Kilombo-dos-Palmaris memorial parkına gedirdi. İlkin məlumata görə, avtobus sürücüsü idarəetməni itirib.