Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın paytaxtı Beyrutun cənub kənarlarına hücumları bərpa edib. Orada "Hizbullah" təşkilatına məxsus obyektlərin yerləşdiyi ehtimal edilir.
Trend-in məlumatına görə, bu barədə mülki müdafiə xidmətdəki mənbədən bildirilib.
"Hücumlar bombardmandan sonra bir sıra yerlərdə yanğınların baş verdiyi Haret-Horeyk məhəlləsinə ardıcıl yeddi hava hücumu ilə başlayıb", - deyə qeyd olunub.
Bildirilib ki, Leylaki və Kafaat məhəllələrində ən azı üç zərbə endirilib, hazırda Şueyfat ətrafına hücumlar davam edir, güclü partlayış səsləri eşidilir.