Bakı. Trend:
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında davam edən münaqişədən dərin narahatdır, danışıqları təşkil etmək lazımdır.
Trend-in məlumatına görə, bu barədə ABŞ-nin gələcək milli təhlükəsizlik müşaviri Mayk Uoltz deyib.
O bildirib ki, Trampın administrasiyası fəaliyyətinin ilk ayından bununla bağlı işə başlayacaq:
"Biz masa arxasında kimlərin olduğunu, razılaşmanın, atəşkəsin olub-olmayacağını, hər iki tərəfin necə masaya oturtacağını, sonra sövdələşmənin əhatə dairəsi nədən ibarət olacağını müzakirə etməliyik".
Mayk Uoltz Avropa ölkələrinin bu prosesdə ABŞ-nin əsas tərəfdaşları olacağını qeyd edib.