Bakı. Trend:
Rumıniyada keçirilən prezident seçkilərində bülletenlərin 98,66 faizinin hesablanmasından sonra müstəqil namizəd Kalin Corcesku liderlik edir.
Trend-in məlumatına görə, bu barədə "AFP" agentliyi xəbər verib.
Məlumata əsasən, prezidentlik uğrunda yarışda liderlik edən Corcesku 22,59 faiz, baş nazir Marçela Çolaku isə 19,55 faiz səs toplayıb.
"Rumınların Birliyi Uğrunda Millətçi Alyans"ın namizədi Corce Simion 13,94 faiz səs toplayıb.