Bakı. Trend:
"HƏMAS" hərəkatı yalnız İsraillə fələstinlilərin öz evlərinə qayıtmasına imkan verən və onların normal həyat şəraitini təmin edən razılaşmalarla razılaşacaq.
Trend-in məlumatına görə, bu barədə hərəkatın nümayəndəsi Sami Əbu Zuhri deyib.
"Biz (...) Fələstinlilərin öz evlərinə qayıtmasına səbəb olmayan heç bir razılaşmanı qəbul etməyəcəyik", - deyə o bildirib.
Onun fikrincə, Qərbin, xüsusən də ABŞ-nin maliyyə yardımı, silah-sursat, siyasi dəstək və media dəstəyi olmasaydı, müharibə davam etməzdi.