...

Çoxşaxəli artımları nəzərdə tutan sosial tədbirlər paketi həyata keçiriləcək - Komitə sədri

İqtisadiyyat Materials 25 Noyabr 2024 11:31 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Çoxşaxəli artımları nəzərdə tutan sosial tədbirlər paketi həyata keçiriləcək. Gələn il minimum əməkhaqqı və minimum pensiyanın artırılması, sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.

Komitə sədri vurğulayıb ki, sosial paket ümumilikdə 3 milyon insanı əhatə edəcək. O əlavə edib ki, növbəti il üçün inflyasiyanın 4,6 faiz olması proqnozlaşdırılır.

A.Əmiraslanov qeyd edib ki, ötən illər ərzində ölkəmizdə sosial və iqtisadi siyasət uzlaşdırılıb.

“Bunun nəticəsidir ki, 2003-2023-cü illər ərzində dövlət büdcəsi xərclərinin təxminən 30 dəfə artımı fonunda Azərbaycanda yoxsulluğun səviyyəsi 44,7 %-dən 5,2 %-ə endirilib. Dövlət büdcəsi iqtisadi strategiyanın icrasına maliyyə təminatı yaradır”, - deyə A.Əmiraslanov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti