Bakı. Trend:
Azərbaycan iqtisadi artım templərini qoruyub saxlayıb və regionun lider dövləti kimi mövqelərini daha da möhkəmləndirib. Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilir.
Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
S.Qafarova bildirib ki, sosial sahəyə böyük əhəmiyyət verilir, insanların rifah halı daha da yaxşılaşdırılır, əməkhaqqı və pensiyalar artırılır.
"Keyfiyyətli səhiyyə və təhsilin əlçatanlığı təmin edilir", - deyə o əlavə edib.
Xəbər yenilənəcək