Bakı. Trend:
İngiltərə və İrlandiyadan sonra Fransada da təsirini göstərən Bert qasırğası ölkənin 9 vilayətində “narıncı” xəbərdarlıq səviyyəsinin elan edilməsinə səbəb olub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə və İrlandiyada daşqınlara və nəqliyyatın pozulmasına yol açan “Bert” qasırğası Fransanın şərq və mərkəzi bölgələrində təsirini göstərib.
Məlumata görə, saatda 120 kilometrdən çox sürətlə əsən “Bert” qasırğası Allier, Saone-et-Loire, Jura, Puy-de-Dome, Loire, Rhone, Ain, Haute-Loire və Isere vilayətlərində axşam saatlarına qədər qasırğanın təsiri altında qalacaq.
Qeyd edək ki, keçən günlərdə İngiltərə və İrlandiyada Bert qasırğası daşqınlara, elektrik kəsintilərinə və nəqliyyatın pozulmasına səbəb olmuşdu. İngiltərənin müxtəlif bölgələrində yüzlərlə insan evlərini tərk etmək məcburiyyətində qalmış, Şimali İrlandiyada çox sayda evə ziyan dəymişdi. \