Bakı. Trend:
Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilir.
Trend xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazirin sözlərinə görə, Azərbaycanda iqtisadi artıma yönəlmiş struktur islahatları uğurla davam edir.
O qeyd edib ki, həm son illərdə, həm də cari ildə Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişaf nümayiş etdirir, ölkəmizin ixrac imkanları genişlənməkdədir.
Nazir bildirib ki, ölkədə real ÜDM 14,4 faiz, qeyri neft sektorunda isə ÜDM-nin 1,3 dəfə artması gözlənilir.
“Adambaşına düşən ümumi daxil məhsul COVID-dən əvvəlki dövrdə, 2019-cu ildə təxminən 4850 dollar təşkil etdiyi halda, 2024-cü ilin yekunu üzrə bu göstəricinin 7200 dollar ətrafında olacağı gözlənilir”, - deyə nazir əlavə edib.
O bildirib ki, son illərdə ölkə iqtisadiyyatının neft qaz sektorundan asılılığının əhəmiyyətli dərəcədə azalması müşahidə edilir.
"2018-ci ildə neft hasilatının həcmi 38,8 milyon ton olub. 2024-cü ildə isə 29,2 milyon tondur. 2014-cü ildə brend markalı neftin qiyməti 99 ABŞ dollar olub. 2024-cü ilin dürüstləşdirilmiş büdcəsində neft gəlirlərinin büdcə gəlirlərində payı 49 %-ə enib. Müdbət meyillərdən biri də inflyasiyanın əhəmiyyətli dərəcədə aşağı düşməsidir", - deyə o əlavə edib.