...

Türkiyədə qurulan Türkmənistan şirkətlərinin sayı artıb

Dünya xəbərləri Materials 25 Noyabr 2024 11:25 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-oktyabr ayında Türkiyədə Türkmənistan kapitalı ilə 58 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 şirkət çoxdur.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Türkmənistan şirkətlərinin məcmu kapitalı 36 milyon 310 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 25 milyon 830 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-oktyabr ayında Türkmənistan şirkətlərinin əksəriyyəti İstanbulda (57) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Türkmənistan şirkətlərinin ümumi kapitalı 34 milyon 810 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-oktyabr ayında Türkiyədə Türkmənistan kapitalı ilə 27 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Xəbər lenti

Xəbər lenti