Bakı. Trend:
İndoneziyanın Sumatra adasında baş verən ani sel və torpaq sürüşmələri nəticəsində 16 nəfər həlak olub, 6 nəfər isə itkin düşüb.
Trend xəbər verir ki, bu barədə İndoneziya Milli Fəlakət Mərkəzi (BPBD) məlumat yayıb.
Bildirilib ki, güclü yağışların səbəb olduğu torpaq sürüşmələri bir çox ərazidə evləri dağıdıb və təsərrüfatlara ciddi ziyan vurub.
Məlumatda, fəlakətlər nəticəsində 16 nəfərin həyatını itirdiyi, ikisi uşaq olmaqla 6 nəfərin itkin düşdüyü, onlarla insanların isə xəsarət aldığı qeyd edilib.
Vurğulanıb ki, hazırda axtarış-xilasetmə işlərinin davam edir.