...

Azərbaycan-Türkiyə sərhədində yük maşınlarının sıxlığının səbəbi nədir? - RƏSMİ

Cəmiyyət Materials 25 Noyabr 2024 16:04 (UTC +04:00)
Azərbaycan-Türkiyə sərhədində yük maşınlarının sıxlığının səbəbi nədir? - RƏSMİ
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər Azərbaycan-Türkiyə dövlət sərhədində qonşu ölkəyə gedən yük nəqliyyat vasitələrinin sıxlığı yaranıb.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəıbər verir ki, sıxlığın səbəbi Türkiyə Respublikasının “Dilucu” sərhəd-keçid məntəqəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) proqram təminatının yeni mərhələsinin tətbiqi ilə əlaqədardır.

"Sürücülərdən mövcud vəziyyəti nəzərə almaları xahiş olunur.

Hazırda “Sədərək” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaxın günlərdə nəqliyyat vasitələrinin sürətli keçidi tam təmin olunacaq", - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti