Bakı. Trend:
Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə hökumətin yeni tərkibini təqdim edib.
Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, yeni hökumət tərkibində İlya Darçiaşvili, Rati Breqadze və Otar yer almayacaq.
Hökumət tərkibində üç dəyişiklik edilib. Dəyişikliklər Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyini əhatə edib.
İrakli Kobaxidze tərəfindən təklif olunan yeni hökumət tərkibi belədir:
- Gürcüstanın Xarici İşlər Naziri – Maka Boçorişvili;
- Gürcüstanın Ədliyyə Naziri – Anri Oxanaşvili;
- Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri – David Sonqulaşvili;
- Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Naziri – Levan Davitaşvili;
- Gürcüstanın Müdafiə Naziri – İrakli Çikovani;
- Gürcüstanın Maliyyə Naziri – Laşa Xutsişvili;
- Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Naziri – İrakli Karseladze;
- Gürcüstanın Daxili İşlər Naziri – Vaxdanq Qomelauri;
- Gürcüstanın Təhsil, Elm və Gənclər Naziri – Aleksandr Tsuladze;
- Gürcüstanın Məcburi Köçkünlər, Əmək, Sağlamlıq və Sosial Müdafiə Naziri – Mixail Sardjveladze;
- Barış və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri – Teya Axvlediani;
- Gürcüstanın Mədəniyyət və İdman Naziri – Tinatin Ruxadze.